ABŞ dövlət katibi Mayk Pompeo Finlandiyada Arktik Şurasının Nazirlər iclası çərçivəsində Rusiya XİN-in rəhbəri Sergey Lavrovla keçirilmiş görüşü yüksək qiymətləndirib.
Bunu Pompeo görüşün nəticələri barədə jurnalistlərə açıqlamasında deyib.
“Görüş yaxşı keçdi. Biz geniş mövzularda məsələlərə toxunduq”, – deyə Pompeo bildirib.
ABŞ dövlət katibinin sözlərinə görə, o, Sergey Lavrovla ABŞ və Rusiyanın birgə addım ata biləcəyi sahələri müəyyən etməyə çalışıb:
“Bizim maraqlarımız tamamilə fərqlidir. Ancaq maraqların kəsişdiyi sahələrdə inkişaf əldə edə bilməyimiz üçün istək mövcuddur. Ümid edirəm ki, buna nail olacağıq”, – deyə amerikalı diplomat vurğulayıb. (ona.az)
Hökm.az
















