Polkovnik Mübariz Məmmədov işdən çıxarıldıbackend

Polkovnik Mübariz Məmmədov işdən çıxarıldı

Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin Bakı Ağır Cinayətlər Məhkəməsində icra şöbəsinin rəisi, ədliyyə polkovniki Mübariz Məmmədov işdən çıxarılıb.

Hokm.az “Report”a istinadən xəbər verir ki, o, xidmətdə yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib. M.Məmmədov daha aşağı vəzifəyə – Yasamal Rayon Məhkəməsinin icra şöbəsinə böyük icra məmuru təyin edilib. Qeyd edək ki, o, 3 ilə yaxın Bakı Ağır Cinayətlər Məhkəməsində icra şöbəsinin rəisi işləyib.

  •  (1)
  •  (0)