Politoloq: “Azərbaycan-Pakistan-Türkiyə dostluğu və qardaşlığı əbədi olacaq!”backend

Politoloq: “Azərbaycan-Pakistan-Türkiyə dostluğu və qardaşlığı əbədi olacaq!”

Son illərdə həm ikitərəfli, həm də üçtərəfli münasibətlər ən yüksək səviyyədədir. Bu dəfə Sizə Türkiyə-Pakistan siyasi rəhbərlərinin isintensivləşən görüşlərinin nəticələri, həyata keçirilən birgə hərbi və hərbi-texniki layihələr, iqtisadi sahədə əməkdaşlıq və s. barədə məlumat veriləcək. Pakistan ərazilərimizi işğal edən Ermənistanın dövlət müstəqilliyini tanımayan yeganə BMT üzvü olaraq Türkiyə ilə bərabər Azərbaycanın da strateji tərəfdaşıdır.

Azərbaycan bütün məsələlərdə Türkiyə və Pakistanın mövqeyini dəstəkləyir. Hər iki dövlət bir çox beynəlxalq forumlarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini müəyyən məsələlərdə qeyd-şərtsiz dəstəkləyir, beynəlxalq təşkilatlarda namizədlər məsələsində qarşılıqlı razılığa gəlirlər. İki qardaş dövlət müdafiə, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq, tekstil və farmakoloji preparatlar, xüsusilə bütün mümkün domenlərdə birgə müəssisələrin qurulması və digər sahələrdə əməkdaşlıq edirlər.

İstər Azərbaycan, istər Türkiyə, istərsə də Pakistan ötən 29 il ərzində hər bir məsələdə eyni mövqedən çıxış edir, bütün platformalarda bir-birini müdafiə edir, bir-birinə dəstək verir. Azərbaycan illərdir terrorla üz-üzə olan Türkiyənin və Pakistanın yanındadır, onların terrora və terrorçulara qarşı bütün addımlarını istisnasız müdafiə edir, Türkiyə ilə Pakistan da daim Qarabağ, ərazi, torpaq bütövlüyü məsələsində Azərbaycanın yanındadır.

Ötən 29 ildə bu məsələlərdə, bu mövqelərdə heç bir dəyişiklik yoxdur və ola da bilməz. Həm də ölkələrimizin lideləri arasında gözəl, səmimi dostluq və qardaşlıq münasibətləri var. Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan arasında olan münasibətlər isə dünyaya örnək, nümunə, model olacaq qardaşlıq münasibətləridir.

 

Türk elləri sevdiyi yara “Sirdaş” – deyərlər

Yaddan gizli olanı edib göz-qaş deyərlər

Analar gözlərində sevincdən yaş deyərlər

“Alqışlar canı-dildən bizə dayaq durana

Türkün igid övladı Prezident Ərdoğan!”

 

Neçə ildir yurdumuz qatı tüstü-dumanda,

Göstərdn qeyrətini ağrılı br zamanda,

Zor olur-qurd içindən, yağı çöldən cumanda

“Alqışlar canı-dildən bizə dayaq durana

Türkün igid övladı Prezident Ərdoğan!”

 

Türkiyəm, ümid dolu sənə min-min baxan var,

Haqqa qənim kəsilib canını çox sıxan var,

Azərbaycan, irəli, qüdrətli dayağın var,

And içibdir həm sənin, həm də öz bayrağına,

“Alqışlar canı-dildən bizə dayaq durana

Türkün igid övladı Prezident Ərdoğan!”

 

Mübarək ordusuna əmr elədi: “İrəli”

Elə bil Atatürkün havalandı əlləri,

Var olsun “İki dövlət bir millətin zəfəri!”,

Sarsılmazdı bu birlik, dağılsa belə dünya,

Alqışlar xalqım sevən Prezident Ərdoğana

 

Qələbə bizimlədir-düşmənlər yeniləcək,

Dillərdə ikisi də dastanlara dönəcək,

İlham ilə Ərdoğan Azərbaycan bayrağın Şuşada yüksəldəcək!

Heyrandır Türk dünyası iki böyük oğluna,

Alqış prezidentlərim İlhamla-Ərdoğana

 

Fariz Quliyev
Yeni Azərbaycan Partiyasının gənc fəalı, Səbail rayon Badamdar qəsəbəsinin Bələdiyyə üzvü, politoloq

  •  (0)
  •  (1)