Bu gün Bakıda nişanlısını öldürüb daha sonra intihar edən müstəntiqin gecə növbədə olduğu məlum olub.
Hokm.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Xəzər Rayon Polis İdarəsinin İsitntaq şöbəsinin müstəntiqi, mayor Tural Abbasov ötən gün axşamdan bu gün səhərə kimi idarədə növbətçi olub.
O, səhər saat 09 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən idarədə növbəsini təhvil verib və şəxsi avtomobili ilə Nərimanov rayonu Qarabağ küçəsindəki binaya – nişanlısı Günay Cabbarovanın yaşadığı mənzilə gedib.
Burada G.Cabbarovanı qətlə yetirən Tural Aslanov daha sonra intihar edərək həyatına son qoyub.
İlkin məlumata görə, onların arasında gecə saatlarında mübahisə olub.
O da məlum olub ki, qətlə yetirilən G.Cabbarova 2 uşaq anası olub.
Qeyd edək ki, T.Aslanov daha əvvəl Şamaxı və Qaradağ rayonlarında müstəntiq işləyib. Faktla bağlı araşdırmalar davam etdirilir.