Polisin “Sən də dovşansan, ərin də” dediyi qadının daha bir oğlu həbs edildibackend

Polisin “Sən də dovşansan, ərin də” dediyi qadının daha bir oğlu həbs edildi

Polisin “Sən də dovşansan, ərin də dovşandır!” dediyi Yasamal sakini Gülər Süleymanovanın iki oğlu həbs edilib.

“Hokm.az”-ın xəbərinə görə, bu barədə Gülər Süleymanova məlumat verib.

Onun sözlərinə görə, əvvəl oğlu Süleymanlı Elvin çılpaq şəkildə zorla evdən götürülüb və İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə həbs edilib.

Daha sonra digər oğlu Süleymanlı Kərim saxlanılıb və İnzibati Xətalar Məcəlləsinin 531.1-ci maddəsi ilə həbs olunub.

Gülər Süleymanova deyib ki, onu idarəyə dəvət etsələr də, getməyib. O, polisin işdən çıxarıldığından da xəbərsiz olduğunu deyib.

Süleymanova deyir ki, heç bir yerə getməyəcək və üzr də qəbul etməyəcək: “Üzr istəyən ikinci oğlumu da həbs etməzdi”.Arqument.az

  •  (3)
  •  (2)