Polisi sərxoş halda döydüyü deyilən deputatla bağlı Milli Məclidən Açıqlamabackend

Polisi sərxoş halda döydüyü deyilən deputatla bağlı Milli Məclidən Açıqlama

Xəbər verdiyimiz kimi Milli Məclisin deputatı Eldəniz Səlimovun dünən Nabranda sərxoş halda Xaçmaz Rayon Polis İdarəsinin əməkdaşı Zaur Mirzəyevi döyməsi ilə bağlı məlumatlar yayılıb. Hadisədən bir gün keçməsinə baxmayaraq, hələ də deputat məsələyə reaksiya bildirməyib.

Cəmiyyətdə ciddi narazılıq yaradan bu hadisəylə bağlı manset.az Milli Məclisin İntizam komisiyyasına müraciət edib.

Komisiyyanın sədri, deputat Eldar İbrahimov məsələyə belə münasibət bildirib.“Bu barədə hələki məlumatın yoxdur.  Qayda belədir ki, komisiyyaya müraciət daxil olur sonra baxılır. Bununla bağlı İntizam momisiyyasına müraciət daxil olarsa baxarıq. Hələki məsələ barədə məlumatın yoxdur. Öyrənim sonra bu barədə danışarıq.”

  •  (0)
  •  (2)