Polis xidmət zamanı qəzaya düşüb öldübackend

Polis xidmət zamanı qəzaya düşüb öldü

Gəncədə polis əməkdaşı xidmət zamanı qəzaya düşərək həlak olub.

Hokm.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, DİN Gəncə şəhər Mühafizə İdarəsinin əməkdaşları “Fiat” markalı xidməti avtomobil ilə hərəkətdə olan zaman, sürücü idarəetməni itirərək şəhər ərazisindəki mağazalardan birinə çırpılıb.

Nəticədə avtomobildə olan polis serjantı Renat Əliyev xəstəxanaya çatdırılanda dünyasını dəyişib.

  •  (0)
  •  (1)