Mərkəzi Seçki Komissiyasının önündə seçki nəticələrinə etiraz aksiyası keçirilir.
Yeniavaz.com xəbər verir ki, aksiya başlamadan əvvəl REAL sədri İlqar Məmmədov, Müsavat Partiyasının başqanı Arif Hacılı, D 18 Hərəkatının sədri Ruslan İzzətli, bloqer Mehman Hüseynov və digərlərinin saxlanılması xəbərləri yayıldı.
Hokm.az Yeniavaz.com-a istinadla xəbər verir ki, DİN-dən verilən məlumata görə, adları çəkilən şəxslər saxlanılmayıb:
“Profilaktik tədbir kimi, kimlərsə ərazidən uzaqlaşdırılıblar. İctimai asayışı polis qoruyur, onlar polis tərəfindən ərazidən uzaqlaşdırılıblar. Amma bu o anlama gəlmir ki, onlar saxlanılıb”.
Ərazidən uzaqlaşdırılanlardan biri də 19 saylı Nərimanov birinci seçki dairəsindən namizəd olmuş Vəliyəddin Quliyev olub. O sosial şəbəkədə polisin onu Şıxova gətirdiyini bildirib və olduğu yerdən foto paylaşaraq bunları qeyd edib: “Polislərimiz çox düşüncəlidirlər. Gətirib Şıxovun təpəsində düşürdülər”.