Polis məmuru oğlunun gözü önündə arvadını öldürdü – Boşanmaq istəyirmişbackend

Polis məmuru oğlunun gözü önündə arvadını öldürdü – Boşanmaq istəyirmiş

Türkiyənin Kocaeli vilayətinin Körfəz qəsəbəsində polis məmuru İbrahim Y. boşanmaq istəyən həyat yoldaşı Elif Kaya Y.-ni oğlunun gözü önündə tabel silahı ilə güllələyib.

Hokm.az Milli.Az-a istinadən xəbər verir ki, azyaşlı oğlunun müdaxilələrinə baxmayaraq, sinəsindən və qarnından yaralanan 3 uşaq anası Elif Kaya Y. çatdırıldığı xəstəxanda dünyasını dəyişib.

Qanlı hadisə dünən saat 19:00 radələrində qeydə alınıb.

Saxlanılan İbrahim Y.-nin ifadəsi alınıb.

İstintaq davam edir.

  •  (0)
  •  (0)