Polis ağır qəza törətdi – Ölən varbackend

Polis ağır qəza törətdi – Ölən var

Xaçmazda polis əməkdaşı idarə etdiyi avtomobillə piyadanı vurub.

Sfera.az-ın məlumatına görə, hadisə bu gecə saat 01 radələrində Gəndob-Yalama yolunun Xaçmazın Ləcət kəndində baş verib.

Xaçmaz Rayon Polis Şöbəsinin Yalama Polis Bölməsinin manqa komandiri, polis baş serjantı Azər Dadaşovun idarə etdiyi “VAZ 21074” markalı avtomobillə vurduğu 1969-cu il təvəllüdlü Elçin Qədiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, ekspertizalar təyin edilib. (Qafqazinfo)

  •  (0)
  •  (0)