Polis 12 koronavirus xəstəsini yaxaladı – 1-nə cinayət işi açıldıbackend

Polis 12 koronavirus xəstəsini yaxaladı – 1-nə cinayət işi açıldı

Avqustun 25-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 12 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Hokm.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 1 nəfər barəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.

  •  (0)
  •  (1)