“Poliklinikada heç kim yoxdur!” deyib peyvənd vurmadılarbackend

“Poliklinikada heç kim yoxdur!” deyib peyvənd vurmadılar

Koronavirus əleyhinə vaksinasiya üçün randevu.its.gov.az saytında qeydiyyatdan keçən jurnalist poliklinikaya yaxınlaşsa da, peyvənd oluna bilməyib.

Hokm.az xəbər verir ki, bu barədə jurnalist Kamran Mahmudov feysbuk hesabında yazıb. O qeyd edib ki, peyvəndlə bağlı saytda 15 may, saat 14:00-15:00 üçün 39 saylı şəhər poliklinikasını seçib:

“Qeydiyyatdan keçdiyim vaxt poliklinikaya yaxınlaşmışam, mənə deyirlər ki, bu gün vaksinasiya saat 14:00-a qədər olub, poliklinikada indi heç kim yoxdur. Deyirəm bəs necə olur ki, saat 14:00-a qədər işləyirsiz, amma qeydiyyata da adam götürürsüz? Deyirlər ki, bu, bizim günahımız deyil, randevu saytının günahıdır. Poliklinikanın baş həkiminin müavininin cavabı isə daha unikal oldu. Deyir ki, siz niyə başqa poliklinikanı deyil, məhz bizim poliklinikanı seçmisiz ki? Daha nə deyim bilmirəm. İctimai nəqliyyatın işləmədiyi bir vaxtda boş vaxt tapıb, qeydiyyatdan keçib, taksi ilə vaksin olunmağa gedirsən, onda da qeydiyyatdan keçdiyin poliklinika öz keyfi ilə işləməsin”.

  •  (0)
  •  (0)