“Polad Bülbüloğlu Türkiyə sülhməramlılarına dair sözləri…”backend

“Polad Bülbüloğlu Türkiyə sülhməramlılarına dair sözləri…”

“Yaxşı ki, rəsmi Bakı Polad Bülbüloğlunun müsahibəsini tənqid etdi. Bakının bu reaksiyası onun müsahibədə dediklərinin hamısını etibarsız edir”.

Hokm.az-ın xəbərinə görə, bunu ReAl Partiyanın sədri İlqar Məmmədov deyib.

“Bəli, əslində vacib olan məsələ başqa idi. Polad Bülbüloğlu Rusiyanın RBK telekanalına geniş müsahibə verib Ermənistana qarşı sərt görünən ifadələr işlətsə də, onun Türkiyə sülhməramlılarına dair sözləri Türkiyə tərəfinin açıqlamaları ilə üst-üstə düşmürdü. Ən incə mövzuya dair Azərbaycan rəhbərliyinin sükut saxladığı özəl məqamda Rusiyadakı səfirin belə bəyanat verməsi çox yanlış idi. Onun bəyanatı Azərbaycan-Türkiyə yaxınlığına tərs baxanların istinad nöqtəsinə çevrilə bilərdi. Yaxşı ki, müsahibənin bütövlükdə çox da ciddi olmadığını Bakı öz reaksiyası ilə dərhal bildirdi, hətta başqa səbəbə görə olsa da…” – İ.Məmmədov qeyd edib.

  •  (1)
  •  (0)