Polad Bülbüloğlu Rusiya rəsmisi ilə Qarabağ münaqişəsini müzakirə etdibackend

Polad Bülbüloğlu Rusiya rəsmisi ilə Qarabağ münaqişəsini müzakirə etdi

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu gün regional təhlükəsizlik məsələlərini, o cümlədən Dağlıq Qarabağ məsələsini müzakirə edib.

Bu barədə Hokm.az Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən məlumat verir.

“İkitərəfli münasibətlərin aktual məsələləri, beynəlxalq platformalardakı qarşılıqlı fəaliyyət, həmçinin regional təhlükəsizlik, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə edilib”, – Nazirlikdən bildirilib.

  •  (0)
  •  (2)