Polad Bülbüloğlu Bakıda qəza törətdi – YENİLƏNDİbackend

Polad Bülbüloğlu Bakıda qəza törətdi – YENİLƏNDİ

Bakı Şəhər Dövlət Yol Polis İdarəsi Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Bakıda qəza törətməsinə münasibət bildirib.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, qeyd olunan hadisə ilə bağlı quruma sürücülər tərəfindən məlumat verilməyib:
“Hadisə zamanı heç bir avtomobilə ciddi ziyan dəyməyib. Onlar öz aralarında razılaşıblar. Bu vəziyyətdə inzibati xəta tərkibi yaradan hal isə yalnız 327.1-ci (ara məsafəsinin gözlənilməməsi) maddənin tələbinin pozulmasıdır”.
“Qəza zamanı maddi ziyan yoxdursa, tərəflər öz aralarında razılaşıblarsa, burada əlavə qanun pozuntusundan söhbət gedə bilməz”, – deyə o qeyd edib.

———————

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Bakıda qəza törədib. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, P.Bülbüloğlu idarə etdiyi BMW markalı, diplomatik nömrəli avtomobili eyni istiqamətdə hərəkət edən, taksi fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı maşına arxadan vurub.

Qəza Səbail rayonu Xəqani küçəsində baş verib.

Hadisə nəticəsində avtomobillərə cüzi maddi ziyan dəyib.

  •  (0)
  •  (0)