PKK terror təşkilatının “qırmızı bülleten”lə axtarılan daha bir lideri məhv edildi – Foto/Videobackend

PKK terror təşkilatının “qırmızı bülleten”lə axtarılan daha bir lideri məhv edildi – Foto/Video

Türkiyə Silahlı Qüvvələri və Milli Kəşfiyyat İdarəsinin birgə keçirdiyi əməliyyatla İraqın şimalında yerləşən Metina rayonunda PKK-nın “qırmızı bülleten”lə axtarışda olan lideri məhv edilib.

Hokm.az Avropa.info-ya istinadla xəbər verir ki, təhlükəsizlik orqanlarının verdiyi məlumata görə, məhv edilən terrorçu “Tekoşer Zaqros” kod aşlı Müsluh İke adlı PKK üzvüdür.

İke 90-cı illərin əvvəlində terror təşkilatına üzv olub, Şəmdinli və Çukurcada bir çox terror aktının təşkilatçısı olub.

“Hakurk ərazisi üzrə nümayəndə” ikən Abbas kod adlı Duran Kalkandan təlim aldıqdan sonra “Metina ərazisi üzrə nümayəndə” təyin edilib.

 

  •  (0)
  •  (0)