Pirallah’da ekoloji maarifləndirmə tədbiri keçirildibackend

Pirallah’da ekoloji maarifləndirmə tədbiri keçirildi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə
Dialoq və İnkişaf Naminə İctimai Birliyi (DİNİB) “Ətraf mühitin qorunması və əhalinin ekoloji maarifləndirilməsi” adlı layihəsi çərçivəsində Pirallahı rayonunda silsiləvi tədbiri davam etdirdi.

“Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin sədri Çingiz Bayramov tədbir iştirakçılarını salamladıqdan sonra, layihə haqqında geniş məlumat verib.
Layihənin haqqında danışan DİNİB sədri Çingiz Bayramov bildirdi ki, məqsədimiz vətəndaşlar arasında ekoloji maarifləndirmə işini genişləndirmək, insanları ekologiya sahəsində məlumat daşıyıcısı kimi formalaşdırmaqla onları birgə fəaliyyətə həvəsləndirmək, vətəndaşları ətraf mühitin qayğısına qalmağa təşviq etməklə asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaratmaq, praktiki yolların tapılması istiqamətində ekoloji tədbirlərə cəlb etməkdir.

Qurumun rəhbəri çıxışına davam edərək bildirib ki, Prezident İlham Əliyevin qayğısı nəticəsində ölkəmizdə ekoloji problemlərin həlli istiqamətində mühüm işlər görülür, ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar yerinə yetirilir.
Onun sözlərinə görə, Heydər Əliyev Fondunun ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edən “Hərəmiz bir ağac əkək” layihəsi də bu sahəyə böyük töhfələr verib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə çərçivəsində ölkəmizdə hektarlarla sahə yaşıllaşdırılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə İDEA – Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası çərçivəsində ölkəmizdə ətraf mühitin qorunması sahəsində görülən işlər Azərbaycanda ekoloji problemlərə verilən önəmin göstəricisidir.

DİNİB-in idarə heyətinin üzvü Günay Hacıyeva çıxış edərək, bəşəriyyətin müasir yaşayışını ekologiyasız təsvir etmək mümkün deyildir. Yazmağı, oxumağı, saymağı bilmədən yaşamaq nə qədər çətindirsə, ekologiyanın əsaslarını öyrənmədən də yaşamaq bir o qədər çətinləşir. Natiq qeyd etdi ki, hava təmizliyinin insanlıq üçün nə qədər vacib olduğu, insanlıq oksigensiz yaşaya bilməyəcəyindən və təbiətdə yaşıllığın artırılması yollarından danışdı. Günay Hacıyeva çıxışını ulu öndər Heydər Əliyevin “Bir ağacı kəsən mənim bir qolumu kəsir” fikri ilə tamamlayıb.
DİNİB üzvü tanınmış jurnalist Fuad Abbasov isə çıxış edərək bildirdi ki, ətraf mühitin mühafizəsi hər bir insanın daim diqqətində olmalıdır. Çünki insanlar təbiətə necə münasibət göstərərlərsə, təbiət də adekvat olaraq cavabını verir. Qlobal iqlim dəyişiklikləri fonunda nə qədər təbii fəlakətlər baş veirir ki, bunların da nəticəsində insanlar həyatlarını itirirlər. Ona görə də hər bir insan ətraf mühitin qorunmasında üzərinə düşən vəzifələri həyata keçirməklə yanaşı, cəmiyyətdə baş verən ekoloji çirklənməyə qarşı daim mübarizə aparmalıdırlar.
Tədbirin sonunda layihənin eksperti Lalə Qasımova çıxış edərək bildirdi ki, ilk növbədə, əhalinin ekoloji maariflənməsinə xidmət edən müxtəlif mövzularda kütləvi tədbirlərin həyata keçirilməsini davam etdirmək lazımdır. Burada məqsəd, əsasən, insanlarda ekoloji fəlakətlərin mahiyyəti barədə müəyyən təsəvvürlər yaratmaqdır. Onun sözlərinə görə, bu gün əhalinin ekoloji təhsili və maarifləndirilməsi dövlətin ekoloji siyasətində önəmli yer tutur. İnanırıq ki, əhali arasında genişmiqyaslı maarifəndirici tədbirlərin həyata keçirilməsi insanların ətraf mühitə daha qayğı ilə yanaşmasına imkan yaradacaq.

Tədbirdə digər çıxış edənlər isə bu cür layihələrin davamlı keçirilməsinin əhəmiyyətindən bəhs ediblər.

  •  (0)
  •  (0)