“Pfizer” uşaqlar üçün COVID peyvəndi hazırlayırbackend

“Pfizer” uşaqlar üçün COVID peyvəndi hazırlayır

“Pfizer” və “Biontech” şirkətləri koronavirusa qarşı hazırladıqları uşaq peyvəndinin təsdiq olunması üçün lazımi instansiyalara müraciət etməyə hazırlaşır.

Məlumata görə, 5-11 yaşlı uşaqlar üçün nəzərdə tutulan vaksinlər üzərində aparılan işlər bir neçə həftə ərzində yekunlaşacaq. Oktyabr ayında preparatın təsdiqi üçün müvafiq qurumlara müraciət ünvanlanacaq.

Qeyd edək ki, hazırda uşaq peyvəndinin hazırlandığı Almaniya vaksinasiya səviyyəsinə görə Fransa, İngiltərə, İtaliya və İspaniya kimi Avropa ölkələrindən geri qalır. Burada əhalinin 66.3%-i peyvəndin azı bir dozasını qəbul edib.TRT

  •  (0)
  •  (0)