“Pfizer” şirkətindən 5 yaşa qədər uşaqlarla bağlı müraciətbackend

“Pfizer” şirkətindən 5 yaşa qədər uşaqlarla bağlı müraciət

“Pfizer” noyabrda 6 aydan 5 yaşa qədər uşaqların COVID-19-a qarşı peyvənd edilməsi üçün ABŞ Qida və Dərman İdarəsinə müraciət edəcək.

Bu barədə “Pfizer” şirkətinin maliyyə direktoru Frank D’Amelio bildirib.

O qeyd edib ki, “Pfizer” və “BioNTech” şirkətləri aidiyyəti qurumdan icazə üçün müraciət edəcəklər.

D’Amelio 6 aydan 5 yaşa qədər olan uşaqlar üçün peyvənd təsdiqləmə müraciətinin 5-11 yaş aralığına tətbiq edildikdən sonra qəbul edilə biləcəyini qeyd edib. qafqaz.info

  •  (0)
  •  (0)