Peyvəndlər ana bətnindəki körpəyə COVID-19-a qarşı anticisim ötürə bilirmi? – AÇIQLAMAbackend

Peyvəndlər ana bətnindəki körpəyə COVID-19-a qarşı anticisim ötürə bilirmi? – AÇIQLAMA

“COVID-19 peyvəndinin qadınlarda və ya kişilərdə sonsuzluq problemlərinə səbəb olduğuna və ya plasentaya, dölə zərər verdiyinə dair yayılan məlumatlar əsassızdır”. 

Hokm.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Məhəmməd Qəmbərov COVID-19 peyvəndi hamilə qalmağa təsir edirmi sualını cavablandırarkən qeyd edib:

O bildirib ki, hamilə olmağa çalışan qadınlar mövcud COVID-19 peyvəndi ilə peyvənd oluna bilərlər. Peyvənddən sonra hamiləliyin təxirə salınması üçün heç bir səbəb yoxdur.

Peyvəndlər ana bətnindəki körpəyə COVID-19-a qarşı müəyyən miqdarda anticisim ötürə bilərmi sualını isə həkim belə cavablandırıb:

“Bu mövzuda kifayət qədər araşdırma yoxdur. Yalnız bir qrup hamilə qadında peyvəndin qoruyucu anticisimlərinin plasenta vasitəsi ilə körpəyə keçdiyi və COVID-19-a qarşı immunitetinə kömək etdiyi göstərilib. Ananın immunizasiyası yeni doğulmuş körpəni COVID-19-dan qorumağa kömək etsə də, bu anticisimlərin nə dərəcədə qorunma təmin edəcəyini və ya bu qorunmanın nə qədər davam edəcəyini müəyyən etmək üçün daha çox araşdırmaya ehtiyac var”.

  •  (1)
  •  (0)