Peyvənd vurduranlara 51 AZN mükafat – Koronavirusa yoluxanlara isə maaş verilməyəcəkbackend

Peyvənd vurduranlara 51 AZN mükafat – Koronavirusa yoluxanlara isə maaş verilməyəcək

7 milyona yaxın əhalisi olan Serbiyada COVID-19 epidemiyası əleyhinə peyvənd vurduran vətəndaşlara pul ödənişi ediləcək.
Hokm.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə Serbiya prezidenti Aleksandar Vucic məlumat verib.
Ölkə prezidenti bildirib ki, mayın 31-dək birinci və ya ikinci doza peyvənd vurduran hər bir vətəndaşa 3000 dinar (51 AZN) ödəniləcək.
Aleksandar Vucic bu üsulla vasitəsilə məsuliyyətli davranan vətəndaşların mükafatlandırılacağını bildirib. O, peyvənd etdirməkdən yayınanları məsuliyyətsiz və eqoist adlandırıb.
Belqrad hökuməti dövlət sektorunda işləyən və peyvənd olunmayanların koronavirusa yoluxduqları təqdirdə maaş ala bilməyəcəklərini də açıqlayıb.
Bu ayın sonunadək vətəndaşlarının 55%-nin peyvənd olunması hədəflənən Serbiyada “BioNtech”, “Sinopharm”, “AstraZeneca” və “Sputnik” peyvəndlərindən istifadə olunur.

İndiyədək 3.6 milyon peyvənddən istifadə olunan ölkədə əhalinin 29%-i azı birinci doza peyvənd etdirib.

  •  (0)
  •  (0)