Peyvənd şirkətinin direktorundan ŞOK AÇIQLAMA: Milyonlarla insanın qatili oldularbackend

Peyvənd şirkətinin direktorundan ŞOK AÇIQLAMA: Milyonlarla insanın qatili oldular

Pfizer şirkətinin Baş İcraçı direktoru Albert Bourla bəzi dairələrin peyvənd barədə səhv açıqlamasının çox sayda insanın ölümünə səbəb olduğunu bildirib.

Hokm.az Metbuat.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, həmin şəxslər mətbuata bilərəkdən səhv məlumat ötürərək insanları peyvənddən uzaq qalmağa çağırırlar. Nəticədə insanlarda yalnış fikir formalaşır. Elm adamı bildirib ki, bu vəziyyət peyvənd olunan insanları qorxudur, peyvənd olunmayan insanları isə şübhəyə salır. “Milyonlarla insanın qatili oldular” deyən elm adamı, bu barədə bəzi tədbirlərin görüldüyünə diqqət çəkib.

Onun sözlərinə görə, bəzi sosial media şəbəkələri yalnış məlumatların yayılmasının qarşısını alsa da, bu istənilən nəticəni vermir. Elm adamının fikrincə yalnış məlumatların yayılması insanlarda müasir tibbin imkanlarına dair şübhələr yaradıb.

  •  (0)
  •  (1)