Peskovun xanımı və övladlarına da sanksiya tətbiq olundu – FOTObackend

Peskovun xanımı və övladlarına da sanksiya tətbiq olundu – FOTO

Xəbər verdiyimiz kimi, bu gün Avropa İttifaqı Rusiya qarşı iqtisadi və fərdi sanksiyalardan ibarət altıncı sanksiya paketini dərc edib.

Hokm.az Redaktor.az-a istinadla xəbər verir ki, sanksiya siyahısına Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun həyat yoldaşı Tatyana Navka, eləcə də Peskovun oğlu Nikolay Peskov və qızı Yelizaveta Peskova da əlavə edilib.

Bildirilir ki, Tatyana Navka, həmçinin Krım yarımadasında yerləşən şirkət və aktivlərin həmsahibidir. Aİ iddia edir ki, bununla da Navka Ukraynanın ərazi bütövlüyü, suverenliyi və azadlığına təhlükə doğurmağa yönələn fəaliyyətləri dəstəkləyir.

  •  (1)
  •  (1)