Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin xəstəliyi və istefa edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Hokm.az modern.az-a istinadən məlumatına görə, Kreml rəsmisi yayılan xəbərləri təkzib edib.
“Bütün bunlar cəfəngiyyatdır. Prezidentin səhhətində heç bir problem yoxdur”, – deyə o bildirib.
Qeyd edək ki, Böyük Britaniyanın “The Sun” nəşri Vladimir Putinin Parkinson xəstəliyinə tutulduğunu və bu səbəbdən 2021-ci ilin yanvarında prezident postundan gedəcəyini iddia edib.
















