Peskov: “Qarabağın kimə məxsus olması BMT qətnamələrində göstərilib”backend

Peskov: “Qarabağın kimə məxsus olması BMT qətnamələrində göstərilib”

Rusiyanın da digər ölkələr kimi Dağlıq Qarabağın statusuna dair mövqeyi dəyişməyib.

Hokm.az-ın qazet.az-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağın kimə məxsus olması kifayət qədər çoxdan BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə müəyyən olunub.

“Bütün bunlar BMT Təhlükəsizlik Şurasının qətnamələrində göstərilib”, – deyə o vurğulayıb.

D. Peskov Rusiya Prezidentinin Ermənistanın özünün belə Dağlıq Qarabağı tanımadığı fikrini xatırladıb.

  •  (1)
  •  (0)