Pərviz Abubəkirov da yola salınır – ÖZƏLbackend

Pərviz Abubəkirov da yola salınır – ÖZƏL

Məlumat verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün verdiyi sərəncamla Səhiyyə nazirinin bütün müavinləri – Nigar Ramiz qızı Əliyeva, Elsevər Məmməd oğlu Ağayev, Rahim Rafail oğlu Əliyev və Viktor Kərimoviç Qasımov tutduqları vəzifədən azad ediliblər. Prezidentin digər sərəncamları ilə İlqar Əbülfəz oğlu Qasımov, Nadir Azər oğlu Zeynalov və Rasim Miskin oğlu İsmayılov Səhiyyə nazirinin müavini vəzifəsinə təyinat alıblar.

Xatırladaq ki, yeni nazir müavinlərindən biri – uzun müddət bank sektorunda çalışıb. Son iş yeri “Muğanbank”dan isə 2017-ci ildə ayrılıb. Rasim İsmayılov bu bankda İdarə Heyətinin sərdr müavini vəzifəsini daşıyıb. Digər müavin Nadir Zeynalov isə Səhiyyə Nazirliyinin Aparatının rəhbəri olub. Bundan öncə Azərbaycan Tibb Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışıb. İlqar Qasımov isə Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru postunu tutub. Respublikann baş travmatoloqudur.

Vəzifədən azad edilən Nigar Əliyevaya gəldikdə isə o, uzun müddət Səhiyyə Nazirliyində çalışıb. Bu nazirlikdə Ümumi şöbənin müdiri işləyib. Sabiq nazir Oqtay Şirəliyevin ən sadiq kadrlarından sayılan N.Əliyeva Respublika Diaqnostika Mərkəzində keçmiş nazirin rəhbərliyi altında həkim kimi də fəaliyyət göstərib. Elsevər Ağayev ixtisasca əczaçıdır və bu sahəni kurasiya edib. Yerli və beynəlxalq dərmanların respetlərində onun imzası da məhz bu səbəbdən qeyd ounurdu. Viktor Qasımovu isə cəmiyyət daha çox koronavirus pandemiyası ilə əlaqədar Operativ Qərargahın brifinqlərindən tanıyır.

Hokm.az-ın əldə etdiyi məlumata görə, Səhiyyə Nazirliyində kadr və struktur dəyişiklikləri davam edəcək. Özəl mənbənin portalımıza söylədiyinə görə, Səhiyyə Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Pərviz Abubəkirov da ən yaxın günlərdə yola salınacaq. Oqtay Şirəliyevin nazir vəzifəsindən azad edilməsindən sonra nazir müavini Nigar Əliyevaya sığınan nazirlik sözçüsü Azərbaycanda ən uğursuz mətbuat katiblərindən sayılır. Jurnalistlərin ümumiyyətlə telefon zənglərini açmayan P.Abubəkirov rəhbəri olduğu qurumda fəal işçiləri də bir-bir yola salır. Şöbənin əməkdaşları Səfayə Əhmədova və Günay Quluzadənin işdən azad edilmələri bu qəbildəndir.
Mikayıl Mirzəzadə
Hokm.az

  •  (2)
  •  (1)