Pensiyaçılara ŞAD XƏBƏR: Gələn ildən… – Nazir açıqladı – VİDEObackend

Pensiyaçılara ŞAD XƏBƏR: Gələn ildən… – Nazir açıqladı – VİDEO

“Gələn il ölkəmizdə sosial müavinətlərin artırılması nəzərdə tutulur. Artımlar üçün 182 milyon manatın ayrılacağı gözlənilir”.

Hokm.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir gələn il yaşa görə təyin edilən pensiyanın isə 375 manata çatdırılacağını bildirib. O, əsassız və saxta pensiya işlərinin ləğvindən də danışıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxışı zamanı bildirib ki məcburi dövlət sosial sığorta haqqı hesabına ödənilən müavinətlərin dinamikasında 46 faiz artım gözlənilir. Nazir əlavə edib ki, bununla bağlı müəyyən vəsait ayrılacaq.

Sahil Babayev çıxışında yaşa görə pensiyanin nə qədər artırılacağını da açıqlayıb.

  •  (0)
  •  (0)