Paytaxtda yollar buz bağladı: 42 qəza…backend

Paytaxtda yollar buz bağladı: 42 qəza…

Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq son iki gündə Bakı şəhəri ərazisində maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb.

Hokm.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov paytaxt ərazisində sürücülər tərəfindən yol və meteoroloji şərait nəzərə alınmadığı üçün fevralın 24-25-də maddi zərərlə nəticələnən 42 yol-nəqliyyat hadisəsinin baş verdiyini bildirib.

“Sözsüz ki, baş vermis hadisələrdə sürücülər tərəfindən yol və meteoroloji şərait düzgün nəzərə alınmayıb. Xatırladıram ki, yol və meteoroloji şəraitdən aslı olaraq, sürücülər nəqliyyat vasitəsini elə idarə etməlidir ki, hərəkət istiqamətində hər hansı bir təhlükə yaranarsa, sürücü bu təhlükə ilə toqquşmanın qarşısını ala bilsin. Təəssüflər olsun ki, belə hava şəraitində əyləc sistemindən istifadə edilməsi, dayanma-durma prosesini ötürmələr qutusunun hesabına aparılmaması, eyni zamanda idarəetmədən diqqətin yayınması və yol boyu qoyulmuş yol nişanların tələblərinə uyğun hərəkət etməmək, sürət həddinə diqqət yetirməmək son nəticəsində yol-nəqliyyat hadisələrinin yaranması ilə nəticələnir”, – V.Əsədov vurğulayıb.

  •  (0)
  •  (0)