Paytaxtda 160 saylı marşrut avtobusu qəza törətdi – Bir nəfər həlak oldubackend

Paytaxtda 160 saylı marşrut avtobusu qəza törətdi – Bir nəfər həlak oldu

Bakıda marşrut avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Hokm.az-ın məlumatına görə, hadisə bü gün səhər saatlarında Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb. 160 saylı xətt üzrə hərəkətdə olan marşrut avtobusunun iştirakı ilə baş verən qəzada 1 nəfər ölüb. Sərnişin Əminova Rəsmiyyə Zülfiqar qızı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. /apa/

  •  (0)
  •  (0)