Paşinyanın xanımından Azərbaycana qarşı daha bir təxribat – FOTObackend

Paşinyanın xanımından Azərbaycana qarşı daha bir təxribat – FOTO

Ermənistan Baş Naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib.

Hokm.az qafqazinfo-ya istinadən xəbər verir ki, Akopyan “Qadınlar sülh naminə” təşəbbüsünün ənənəvi fəalları ilə birlikdə erməni xüsusi təyinatlılarının kamuflyajını geyinərək Qarabağdakı hərbi poliqonlardan birində döyüş təlimi keçib. Bununla Ermənistan hakimiyyəti ölkəmizə qarşı növbəti dəfə təxribat edib.

Nazir xanımı bu dəfə də Paşinyanın əsas təbliğat ruporu kimi çıxış edib. Qadınlar üçün təlim qondarma “Dağlıq Qarabağ Müdafiə Ordusu”nun zabitləri tərəfindən aparılıb. Təlim toplantısı zamanı iştirakçıların “Qarabağ Müdafiə Ordusu”nun ön xəttini ziyarət etdikləri, qondarma rejimin “Prezident”i Arayik Arutyunyanla görüşdüyü bildirilib.

Gülməlisi budur ki, dünya ictimaiyyəti A. Akopyanın antimilitarist çıxışlarını hələ Paşinyan hakimiyyətinin ilk illərində də müşahidə etmişdi. O, 2018-ci ildə Ermənistan və Rusiyadan olan bir sıra tanınmış qadınlarla birlikdə qoşunların təmas xəttində əlində gül dəstəsiylə peyda olaraq guya sülh tərəfdarı olduğuna eyham vurmuşdu.

Ermənistan hökumətinin qadınları da silahlandırması bir daha düşmən ordusundakı problemləri açıq-aşkar ortaya qoyur. Hətta ötən gün Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada da deyilirdi ki, Ermənistanda ictimai müzakirəyə çıxarılan “Müdafiə haqqında” qanuna əlavələr edilməsi düşmən ordusundakı çatışmazlıqları göstərir. Belə ki, bu qanun səfərbərlik ehtiyatları problemi ilə üzləşən Ermənistanı könüllülük əsasında silahlı dəstələrin formalaşdırılması sistemini yaratmağa məcbur etməklə 70 yaşadək olan ahıl insanları belə silahlandırılmağa imkan verir. Qanun qüvvəyə mindikdən sonra Ermənistan könüllülük adı altında Yaxın Şərqin qaynar nöqtələrindən, xüsusilə Suriya və Livandan gətirilən muzdlu döyüşçülər və terrorçularla öz ordusunun komplektləşdirilməsi məsələsini qanuniləşdirmiş olacaq.

 

 

 

 

  •  (1)
  •  (0)