Paşinyanın babasının xain olduğu üzə çıxdı – SƏNƏDLƏRbackend

Paşinyanın babasının xain olduğu üzə çıxdı – SƏNƏDLƏR

Azərbaycanın qaytardığı əsirlər Ermənistanda həbs ediləndən sonra Paşinyana qarşı geniş kampaniya başlayıb. Əleyhdarları bildirirlər ki, vaxtilə öz babası faşistlərlə əsir düşən və düşmənlə əməkdaşlığa razılıq verən Paşinyanın gənc əsgərləri nədəsə ittiham etməyə heç bir haqqı yoxdur.

Mayın 9-da, İkinci Dünya Müharibəsinin 75-ci ildönümü ərəfəsində Nikol Paşinyan “Facebook” səhifəsində babasının şəklini paylaşaraq, yazmışdı: “Paşinyan Nikol Arakeloviç (1913-1943). 138-ci atıcı diviziyanın 554-cü atıcı alayında xidmət edib. Vətən uğrunda canından keçənlərə əbədi eşq olsun”.

 


Bundan sonra mediada Nikol Paşinyanın babasının nasist Almaniyası ilə əməkdaşlıq etdiyi barədə müzakirələr başladı. Həmin ərəfədə Rusiya Müdafiə Nazirliyinin yaratdığı “Memorial” platformasında Nikol Arakeloviç Paşinyan haqqında məlumatlar qəribə şəkildə yoxa çıxdı. Vaxtilə “nikolpashinyan.com” saytında olmuş məlumat da silinib.

Həmin məlumatda Paşinyan babasının haqqında belə yazırdı: “Mənim babam Nikol Arakeloviç Paşinyan II Dünya Müharibəsində ölüb. Mənə deyilənə görə, onların alayı hətta silahlanmağa macal tapmadan Krım yarımadasında əsir düşüb. Sonra babam bir neçə dostu ilə birgə əsir düşərgəsindən qaçarkən ölüblər. Deyilənə görə, o, İcevan polisinin pasport şöbəsinin rəisi olub. İki xalamı və yeni doğulmuş atamı evdə qoyaraq, könüllü cəbhəyə yola düşüb”.

Başqa sözlə, Paşinyan etiraf edib ki, babası bir gün belə döyüşməyib. Maraqlıdır ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi platformasındakı məlumatlara əsasən xain Paşinyanın hərbi hissəsinin ilk yerləşmə yerinin Ukrayna olduğu qeyd edilib.

Mayın 8-də “MİR” telekanalına müsahibəsində Paşinyan babası ilə bağlı iki sənədin olduğunu bildirib: “Biz, hətta babamın necə öldüyünü də bilmirik. Bir sənədə görə 1943-cü ildə ölüb, digər sənədlərlə görə isə itkin düşüb”. Həmin müsahibə zamanı Paşinyan babasının haqqında heç nə xatırlamadığını bildirib: “Heç atam da onu xatırlamır. Çünki babam müharibəyə gedəndə atam bir yaşında olub”.

Ümumiləşdirsək, Paşinyanın babası əslində SSRİ-də xain hesab olunub. Nikol Arakeloviç Paşinyan haqqında məlumat məhz buna görə Rusiya Müdafiə Nazirliyinin rəsmi platformasından çıxarılıb. Rusiya Müdafiə Nazirliyi rəsmi mənbələrə görə onun düşmənlə əməkdaşlıq etdiyini özü üçün aydınlaşdırıb.

Paşinyanın keçmişdə babası haqqında sərbəst danışdığını, bu barədə rəsmi saytında yazdığını, indi isə heç nəyi xatırlamadığını bəyan etməsinə dair şübhəli davranış tərzini də bura əlavə etmək lazıımdır. Bu məqam ən azı Paşinyanın reallığı gizlətməyə çalışdığına dair şübhə doğurur.(ordu.az)

  •  (2)
  •  (0)