Paşinyanın açıqlaması Ermənistanı ŞOKA SALDI: əsgərlərə deyiblər ki…backend

Paşinyanın açıqlaması Ermənistanı ŞOKA SALDI: əsgərlərə deyiblər ki…

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Argişti Karamyanın vəzifəsindən qovulmasının səbəbi bəlli olub.

Hokm.az xəbər verir ki, bu səbəb ölkənin baş naziri Nikol Paşinyanın bir açıqlamasında üzə çıxıb.

Paşinyan kəşfiyyat şefinin qovulmasından qısa müddət sonra Ermənistanda şok effekti yaradan bilgini paylaşıb:

“Ermənistan Qarabağda cəbhə xəttinə gedən bir sıra şəxslər əsgərlərə silahları yerə qoyaraq geri çəkilmələrini əmr edib. Onlar əsgərlərə “Nikol “torpaqlarınızı” satdı. Sizi qəssabxanadakı ət yerinə istifadə edirlər. Mövqeləri buraxın və evinizə gedin” deyirmiş”.

Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Argişti Karamyan bu gün prezidentin fərmanı əsasında tutduğu vəzifədən azad edilib. O, 8 iyun 2020-ci il tarixində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinə təyin olunmuşdu. Onun yerinə yenə N.Paşinyanın tövsiyəsi əsasında Mikael Ambartsumyan gətirilib.publika.az

  •  (0)
  •  (0)