Paşinyandan “İsgəndər”lə bağlı ŞOK ETRİAFbackend

Paşinyandan “İsgəndər”lə bağlı ŞOK ETRİAF

“Bu məsələdə həqiqətin bərpa olunması çox vacibdir”.

Hokm.az Publika.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bir daha Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən səsləndirilən “İsgəndər” taktiki-raket komplekslərinin işləməməsi fikirlərinə şərh bildirərkən deyib.

Bildirilib ki, Kreml Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə söhbətdən sonra “İsgəndər” haqqında səhv məlumat verildiyi qənaətinə gəldiyinə dair İrəvandan gələn açıqlamalardan razıdır.

Qeyd edək ki, Paşinyan “1in.am” saytına verdiyi müsahibədə Ermənistana verilən “İsgəndər”in keyfiyyətinin aşağı olduğunu demişdi.

Daha sonra Ermənistan baş nazirinin mətbuat katibi Mane Gevorkyan açıqlayıb ki, baş nazir bu situasiya ilə bağlı ona yanlış məlumat verildiyini söyləyib.

Paşinyanın komplekslərlə bağlı açıqlamasının Kremlin təzyiqi ilə dəyişdirdiyi iddiaları səsləndirilir.

  •  (0)
  •  (1)