Paşinyan: “Zəngəzurla bağlı qərarı təsdiqlədik”backend

Paşinyan: “Zəngəzurla bağlı qərarı təsdiqlədik”

Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Zəngəzurdan keçməklə Azərbaycandan Naxçıvana dəmir yolunun çəkilməsinə dair razılaşma əldə olunub.

Hokm.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

“Brüsseldə keçirilən görüşdə Yerasx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun tikintisi ilə bağlı qərar və razılaşmanı təsdiqlədik. Bu razılıq Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi komissiyası çərçivəsində əldə olunub. Bu razılaşma Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə noyabrın 26-da Soçidə keçirilən görüşdə qeydə alınıb və Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşdə təsdiqlənib”, – Paşinyan hökumətin iclasında bildirib.olke.az

 

  •  (0)
  •  (0)