Ermənistanın Baş naziri Nikol Paşinyan qondarma respublikanın ərazilərinin hərbi əməliyyatlar nəticəsində Azərbaycanın nəzarətinə keçməsinə görə əsas məsuliyyəti öz üzərinə götürdüyünü bəyan edib.
Hokm.az azxeber.com-a istinadən xəbər verir ki, N.Paşinyan bu barədə onlayn mətbuat konfransı zamanı bildirib.
N.Paşinyan qeyd edib ki, Qarabağda bir neçə yüz erməni hərbçisi itkin düşüb:
“2400 erməni hərbçi ölüb. İtkin düşənlər var. Onların bəzilərinin sağ olduğuna ümid edirik”.
















