Paşinyan vətəndaşları həbs etdirməyə başladıbackend

Paşinyan vətəndaşları həbs etdirməyə başladı

Ermənistan hökumət binası qarşısında etiraz aksiyası keçirən aktivistlərdən 42 nəfəri həbs olunub.

Hokm.az xəbər verir ki, etirazçılar haqqında pozuntu aktı tərtib edilib.

Polisdən verilən məlumata görə, saxlanılan etirazçı sayının artması istisna olunmur.

Qeyd edək ki, nümayişçilər səhər kabinet iclasının keçirildiyi vaxtda hökumət binasının qarşısına toplaşmışdılar. Burada təhlükəsizlik qüvvələri ilə aralarında əlbəyaxa dava yaşanmışdı.

Məlumat üçün bildirək ki, Nikol Paşinyanın baş nazir vəzifəsindən istefa verməsi tələbi ilə 1 aydan çoxdur ki, etiraz aksiyaları keçirilir.Publika.az

  •  (2)
  •  (1)