Paşinyan üçün SON SAATLAR: istefa verməsə, küçə döyüşləri başlayacaqbackend

Paşinyan üçün SON SAATLAR: istefa verməsə, küçə döyüşləri başlayacaq

Ermənistan müxalifəti baş nazir Nikol Paşinyana istefa verməsi üçün bu gün saat 17:00-a qədər vaxt verib.

Hokm.az xəbər verir ki, bu barədə “Daşnaksütyun” partiyasının Ali Şurasının nümayəndəsi İşxan Saqatelyan deyib.

Onun sözlərinə görə, 17:00-dan başlayaraq Ermənistan vətəndaşları etiraz etmək hüququna malikdir.

“Nikol Paşinyan istefa verməsə, ölkədə vətəndaş itaətsizliyinə başlanılacaq”, – Saqatelyan bildirib.

Ermənistan müxalifəti bununla bağlı müraciət yayıb:

Vətəndaşlar: yalnız qanun çərçivəsində hərəkət etmək, təxribata getməmək lazımdır;

Hüquq-mühafizə orqanları: vətəndaşlara güc tətbiq edilməməlidir;

Baş nazir: xaos və dağıntı olmadan getməlidirPublika.az

  •  (0)
  •  (0)