Paşinyan sinif yoldaşına polis generalı rütbəsi vermək niyyətindədir – FOTObackend

Paşinyan sinif yoldaşına polis generalı rütbəsi vermək niyyətindədir – FOTO

Sabah İrəvanda Ermənistan Polisinin yaranmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçiriləcək.

Erməni mediasının verdiyi məlumata görə, tədbirdə ölkənin Baş naziri Nikol Paşinyan iştirak edəcək.

Polis məmurlarının əksəriyyətinin mövcud hakimiyyət orqanlarına artan narazılığı və təlimatlarına riayət etmək istəməmələri nəzərə alınaraq, hökumət başçısının səfəri ərəfəsində polisin inzibati binasında görünməmiş təhlükəsizlik tədbirləri görülüb – hər bir otaq (o cümlədən kinoloqlarla) diqqətlə yoxlanılıb.

Üstəlik, Paşinyan furşet masasının mühafizəçilərinin tam nəzarəti altında təşkil olunmasını əmr edib.

Tədbir zamanı Baş nazir həmyerlisi və sinif yoldaşı Vaha Kazaryana polis generalı rütbəsi vermək niyyətindədir.oxu.az

 

  •  (0)
  •  (1)