Paşinyan kapitulyasiya müqaviləsini imzalamağa hazırlaşır – Ermənistan təslim oldubackend

Paşinyan kapitulyasiya müqaviləsini imzalamağa hazırlaşır – Ermənistan təslim oldu

Azərbaycan Ordusunun Şuşa şəhərini işğaldan azad etməsi ümumilikdə sentyabrın 27-dən başlanmış müharibənin aqibətini həll etdi.  Bundan dərhal sonra bir gündə 72 yaşayış məntəqəsinin və 8 strateji yüksəkliyin azad olunması Ermənistan tərəfinin ağ bayraq qaldırmasına səbəb oldu.

Hookm.az bildirir ki, Şuşa məğlubiyyətindən sonra Nikol Paşinyan Azərbaycan Prezidentinin tələblərini qəbul etmək məcburiyyətində qalaraq kapitulyasiya elan etməyə hazırlaşır.

Məlumata görə, yaxın saatlarda Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistanın baş nazirinin iştirakı ilə video-konfransın təşkil olunacağı və kapitulyasiyanın şərtlərinin razılaşdırılacağı, razılaşma sənədinin imzalanacağı gözlənilir.

İmzalanacaq sənəd cəbhədə döyüşlərin dayandırılmasını və atəşkəsin elan olunmasını, Azərbaycan Prezidentinin tələblərinə uyğun olaraq, Kəlbəcər, Laçın və Ağdamdakı erməni işğalçı qüvvələrinin ən qısa zamanda bu ərazilərdən qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutur.

Azərbaycan Ordusu isə bu günədək azad etdiyi mövqelərdə qalır.

Razılaşma Ermənistan ordusunun ərazilərdən çıxarılmasına paralel olaraq, Türkiyə və Rusiya sülhməramlılarının bölgədə yerləşdirilməsini də  nəzərdə tutur.

Qarabağın statusu müzakirə mövzüsu olmayacaq!

Beləliklə, qış fəslinin yaxınlaşdığını nəzərə alaraq, Azərbaycan heç bir itki vermədən Kəlbəcər kimi böyük və strateji rayonun, ciddi müdafiə istehkamları qurulmuş Ağdamın və Laçının azad edilməsinə nail olacaq.

Ermənistanın baş naziri Nikol Paşinyan Facebook səhifəsində bəyanat yayıb.

Bəyanatda deyilir: “Əziz həmvətənlər, bacılar və qardaşlar.

Özüm üçün və hamımız üçün çox, çox çətin bir qərar verdim.

Rusiya və Azərbaycan prezidentləri ilə Qarabağ müharibəsini saat 01: 00-da bitirmək üçün bir bəyanat imzaladım. Onsuz da dərc olunan bəyanatın mətni şəxsən mənim üçün və xalqımız üçün ifadə edilə bilməz dərəcədə ağrılıdır.

Bu qərarı hərbi vəziyyətin dərin bir təhlili və ən yaxşı bilən insanların qiymətləndirməsi nəticəsində verdim. Həm də bunun mövcud vəziyyət üçün mümkün olan ən yaxşı həll olduğuna inama əsaslanır. Bütün bunları sizə yaxın günlərdə ətraflı danışacağam.

Bu bir qələbə deyil, ancaq uduzduğunu etiraf etməyincə məğlubiyyət olmayacaq. Məğlub olduğumuzu heç vaxt etiraf etməyəcəyik və bu, milli birlik və dirçəliş dövrümüzün başlanğıcı olmalıdır.

Gələcəyimizi planlaşdırmaq və keçmişdəki səhvləri təkrarlamamaq üçün müstəqilliyimizi təhlil etməliyik.

Bütün şəhidlərimizin qarşısında diz çökürəm. Vətəni canları ilə qoruyan və qoruyan bütün əsgərlərimizin, zabitlərimizin, generallarımızın, könüllülərimizin qarşısında baş əyirəm”.

  •  (0)
  •  (0)