44 günlük müharibədə Ermənistan tərəfdən itkin düşənlərin sayı 208 nəfərdir.
Hokm.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
Lavrov və Çavuşoğlu Ukraynadakı vəziyyəti müzakirə ediblər
Kreml: İmzalanacaq sənəd razılaşdırıldıqdan sonra Putin-Zelenski görüşü mümkündür
Dmitri Medvedyev: “Xarici şirkətlərə Rusiya bazarına qayıtmaq asan olmayacaq”
Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsində Ermənistan tərəfdən itkin düşənlərin sayı 777 nəfər təşkil edir.
“Hər iki müharibənin nəticələrinə görə, ümumilikdə 985 nəfər itkin düşmüş hesab olunur”, – Paşinyan bildirib.
Ermənistanın Baş naziri qeyd edib ki, Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə üçtərəfli görüşdə itkin düşənlərin taleyinə aydınlıq gətirmək üçün əməkdaşlıq imkanları müzakirə olunub.APA
















