Paşinyan getsə, Ermənistanda nə baş verəcək? – SİYASİ ŞƏRHbackend

Paşinyan getsə, Ermənistanda nə baş verəcək? – SİYASİ ŞƏRH

“Bu gün Ermənistanda elə proseslər baş verir ki, siyasi qüvvə nəyin bahasına olur olsun, 44 günlük müharibədə kimin günahkar olduğunu, bu proseslərdə qanunsuzluğun olmasını Paşinyan hakimiyyətinin üzərinə qoymaq istəyir. Buna görə müxtəlif siyasi qüvvələr Paşinyanın istefasını tələb edir, lakin Paşinyan özü elan etdiyi kimi istefaya gedəcək. Bu onunla bağlıdır ki, iyunda Ermənistan parlamentində yeni seçkilər keçirməyə çalışırlar. Həmin parlament seçkilərində Paşinyanın partiyası da iştirak edəcək, məhz buna görə aprel ayında baş nazir istefaya getməyə hazırlaşır. Özü bunu bəyan edib, bununla Paşinyan vəzifədə qalacağını iddia edir. Qarşıdan gələn 3 ay ərzində baş nazir vəzifəsini icra edəcək”.

Millət vəkili Arzu Nağıyev Ermənistanda Baş nazir Nikol Paşinyanın istefa verməsi ilə əlaqəli Redaktor.az-a açıqlama verib.

Paşinyanın vəzifədə qalması nə ilə nəticələnə bilər?

“Seçkilərin keçirilməsi məlum məsələdir ki, növbədənkənardır, seçkilərdə Qarabağ klanı, Koçaryan, Sarkisyan, Vazgen Manukyan, birləşmiş müxalifət çalışacaqlar ki, öz namizədlərini irəli sürsünlər.

Məlum məsələdir ki, Qərbin və Rusiyanın birmənalı şəkildə xeyir-duası olmasa, Paşinyanın əvəz olunması məsələsi gündəmdə deyil, çünki Qərb və Rusiya Paşinyanı əvəz edəcək bir kadr axtarışındadır. Paşinyanın son zamanlar verdiyi bəyanatlara nəzər salsaq, görə bilərik ki, Azərbaycan ilə sülh, Türkiyə ilə sərhədlərin açılması məsələsini gündəmə gətirir. Nəyin bahasına olur olsun, logistik daşımaların, bütün infrastrukturların açılmasına çalışır. Buna görə də cənab Ərdoğanın da təklif etdiyi kimi, Qafqaz platformasında bu və digər şəkildə iştirak etmək istəyir.

Paşinyanın gedəcəyi heç də inandırıcı deyil, baş nazir hakimiyyətdə qalsa o heç də susan deyil, əvvəlki dəstələrə qarşı müvafiq addımlar atacaq. Hüquqi baxımdan həbslərin edilməsi gündəmdə ola bilər”.

Nikol Paşinyanın yerinə kim gələcək?

“Paşinyanın yerinə kimin gələcəyi hələ ki, sual altındadır. Ermənistanda aparılan sorğular onu göstərir ki, cəmiyyətin 44% -i baş naziri dəstəkləyir. Qarabağ klanı, səhra komandirləri çalışırdılar ki onu hakimiyyətdən salsınlar, müharibə ritorikasını yenidən qaldırsınlar. Onlar bilirlər ki, istər Haaqa tribunalı qarşısında, istərsə də digər tribunallar qarşısında cavab verməlidirlər. Azərbaycan tərəfinin işğaldan azad olmuş torpaqlarda keçirilən monitorinqdən sonra təzminatın ödənməsi məsələsi ortaya çıxa bilər. Bu səbəbdən onlar bu günkü xaotik vəziyyəti, status-kvonu saxlamağa çalışırlar.

Bu məsələlərdə Rusiyanın rolu böyükdür. Vladimir Putin Ermənistanda baş nazirin yerinə kimi hazırlayır?

“Təbii ki, Rusiyanın rolu böyükdür, birmənalı şəkildə demək olmaz ki, V.Putin kimi hazırlayır. Bundan öncə Vanisyan məsələsi var idi, Vazgen Manukyan keçmədi, Koçaryanın məsələsi alınmadı. Sarkisyan da siyasi viber kimi bu gün yoxdur ortada. Bunları nəzərə aldıqda mən düşünmürəm ki, Rusiyanın konkret olaraq hazırda kadrı var.  Bu və ya digər şəkildə Ermənistan vətəndaşlarının özlərinin də fikri müvafiq olaraq ortada olmalıdır”.

  •  (0)
  •  (0)