Paşinyan erməniləri ələ salır: Sanki “siz elə səfalətə layiqsiniz!” deyir… – FOTObackend

Paşinyan erməniləri ələ salır: Sanki “siz elə səfalətə layiqsiniz!” deyir… – FOTO

Sünikə səfər edən Ermənistanın Baş naziri Nikol Paşinyan burada bəzi sakinlərin problemləri ilə “maraqlanmağa” fürsət tapıb.

Ancaq, Nikol canfəşanlığı ilə Ermənistanda bu günə qədər hökm sürən acınacaqlı mənzərəni bir daha göz önünə sərdiyinin fərqinə varmayıb.

Paşinyan və onu müşayiət edən Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyan səfalət içində yaşayan bir erməni ailəsinin “qonağı” olub. Ziyarətin görüntüləri ilə birlikdə Nikol Paşinyanın bu evdə “internetə çıxış olan kompüter” olması qürrələndiyi xəbəri ortaya çıxıb.

Paşinyan erməniləri ələ salır: Sanki "siz elə səfalətə layiqsiniz!" deyir... - FOTO

Əslində, Alen Simonyanın paylaşdığı fotolar Ermənistanda hakim zümrənin xalqı necə ələ salmasını nümayiş etdirib. Evinin hər tinindən səfalət, yoxsulluq, ehtiyac qoxusu duyulan bu ailənin fotosunda qürrələnəcək bir şey tapmaq isə əsl erməni riyakarlığı nümunəsi sayıla bilər.

Belə çıxır ki, ya Ermənistan baş naziri xalqı üçün rəzil vəziyyətdə yaşamağı normal hesab edir, onlar üçün “internetə çıxışı olan kompüter”i böyük bir nemət sayır, ya da sadəcə onları ələ salır.

Paşinyan erməniləri ələ salır: Sanki "siz elə səfalətə layiqsiniz!" deyir... - FOTO

Ortada olan real mənzərə – Sünikdə Paşinyanın “qonaq” olduğu həmin ev isə Ermənistanın işğalçı siyasətinin əsirinə çevrilən xalqın uzun illərdir yaşadığı rüsvayçı şəraiti əks etdirir.

Real mənzərə həmçinin Nikol Paşinyan və onun simasında bu günə qədər Ermənistana rəhbərlik etmiş şəxslərin erməni xalqına layiq gördüyü – “itin qabağına sümük atıb, susdurmaq” prinsipinə əsaslanan həyat səviyyəsini də ortaya qoyur.

Məhz bu səbəbdən, Nikol da sələfləri kimi verdiyi sədəqə – “internetə çıxışı olan kompüter” ilə qürrələnir, ifrat riyakarlıqla öz xalqını ələ salır. Paylaşılan fotolar isə açıq-aşkar Paşinyanın dilindən “nemət” verdiyi insanlara “siz buna layiqsiniz!” deyir…/Oxu.az

  •  (0)
  •  (0)