Ermənistan Baş naziri Nikol Paşinyan Vaqarşak Arutyunyanı özünün baş müşaviri təyin edib.
Hokm.az xəbər verir ki, bu məlumatı Ermənistan baş nazirinin rəsmi saytı yayıb.
Qeyd edək ki, Arutyunyan əslən Axalkalakidəndir. O, Bakıda Hərbi Dəniz Məktəbini bitirib. Arutyunyan Ermənistan Ermənistan müstəqil olan kimi Müdafiə Komitəsi sədrinin birinci müavini kimi çalışıb. 1999-2000-ci illərdə müdafiə naziri olan Arutyunyanın 2002-ci ildə general-leytenant rütbəsi Köçəryan tərəfindən əlindən alınıb.
Ona bu rütbə 2019-cu ildə qaytarılıb.Axar.az
















