Partlayışda ölən şəxsin adı açıqlandı – Klubun işçisi imişbackend

Partlayışda ölən şəxsin adı açıqlandı – Klubun işçisi imiş

Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verən partlayış zamanı ölən şəxsin kimliyi məlum olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Hokm.az -a verilən məlumata görə, partlayış nəticəsində hazırda ölənlərin sayı 1 nəfərdir – gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova. 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, onlardan dördünün vəziyyəti çox ağır qiymətləndirilir. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunmaqla zəruri istintaq hərəkətləri davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcəkdir.

  •  (0)
  •  (0)