Parlamentin payız sessiyasının ilk plenar iclasının vaxtı…backend

Parlamentin payız sessiyasının ilk plenar iclasının vaxtı…

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı məlum olub.

Hokm.az xəbər verir ki, parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq, Milli Məclis hər il iki növbəti yaz və payız sessiyalarına yığılır.

Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Bu il sentyabrın 30-u cümə axşamına düşdüyündən, yəni iş günü olduğundan sessiyanın ilk iclası da həmin tarixdə baş tutacaq.

  •  (0)
  •  (0)