“Azərbaycanın müasir, demokratik dövlət kimi inkişafında parlamentin önəmli rolu var. Bu baxımdan, yeni formalaşacaq parlament Azərbaycanın daha da güclənməsinə xidmət edəcək”. Bu fikirləri secki-2020.az saytına açıqlamasında Azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərli deyib.
Hokm.az-ın xəbərinə görə o bildirib ki, parlament seçkilərində gənc, intellektual, çevik, hadisələri daha operativ və obyektiv qiymətləndirən gənclərin namizədliklərini irəli sürməsi çox müsbət addımdır.
Baş redaktor deyib: “Bu, yeni mərhələnin başlanğıcıdır. İnanıram ki, yeniləşən parlamentdə gənc deputatların sayı daha da çox olacaq və onların ideyaları, fikirləri cəmiyyət tərəfindən müsbət qarşılanacaq”.
Hostimul.com saytında müştərilərə təklif olunan bulud serverlər DdoS hücumlarına
qarşı maksimum müdafiə olunur və sizin saytınız və serveriniz istənilən kiber hücum
zamanı tam təhlükəsiz olur. Hostimul.com saytında bulud serverlərin quraşdırılması
zamanı heç bir ödəniş tələb olunmur. Həmçini bulud serverlərdə istənilən qədər
domen adı istifadə etmək mümükündür.
Daha ətraflı məlumat üçün: https://hostimul.com/cloud-vps-hosting/
















