Parlament niyə buraxıldı? – Səbəb açıqlandıbackend

Parlament niyə buraxıldı? – Səbəb açıqlandı

Xəbər verdiyimiz kimi, bu gün YAP-ın Siyasi Şurasının təcili iclasında qərar qəbul edilib.
Hokm.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, iclasda parlamentdəki çoxluq Milli Məclisin buraxılması ilə bağlı qərar qəbul edib.
Bu qərar mövcud parlamentin dövlət başçısının hazırda həyata keçirdiyi siyasətə adekvat olmaması və son aylar ölkədə aparılan islahatlardan geri qalması ilə bağlıdır. Deputatların həm yaş məsələsi, həm qeyri-adekvat açıqlamaları, həm də islahatlarla ayaqlaşmaması hakim partiyanı bu addımı atmağa vadar edib.
Bu qərar son zamanlar Azərbaycanda aparılan islahatlara dəstək məqsədilə atılıb.
Növbəti seçkilərin 2020-ci ilin mart-aprel aylarında baş tutacağı iddia edilir.
  •  (0)
  •  (0)