Pandemiyaya görə aclıq başladı: heyvan leşləri yeyirlər- Fotolarbackend

Pandemiyaya görə aclıq başladı: heyvan leşləri yeyirlər- Fotolar

Koronavirus pandemiyası və artan inflyasiyaya görə Latın Amerikasının ən sıx ölkəsi Braziliyada aclıq başlayıb.

Hokm.az xəbər verir ki, əhalinin kasıb təbəqəsi aclıqdan ölməmək üçün ölü heyvan leşləri yeyir.

Heyvan leşlərini daşıyan yük maşınının sürücüsü Coze Divino Santos yerli mətbuata açıqlamasında vəziyytətin çox acınacaqlı olduğunu deyib:

“Bəzi günlər ağlamaq istəyirəm. Daha əvvəl insanlar gələrək itlərinə vermək üçün sümük istəyirdi. Bu günlərdə yemək bişirmək üçün sümük almaqdan ötrü yalvarırlar”.

51 yaşlı zibil yığan şəxs bildirib ki, yetim qalmış 5 uşağını və 12 nəvəsini doydurmaq üçün onlara heyvan leşləri yedirməyə məcburdur.

Yerli “Extra” jurnalı mövcud vəziyyəti “Braziliya 2021: Aclığın acısı” başlığı ilə yayımlayıb.
63 yaşlı Coze Manuel Fereryra Brbarosa da vəziyyətin çox çətin olduğunu bildirib:

“Bəzi insanlar sümük yeyir, digərlərinin isə yeməyə heç nəyi yoxdur”

Dəfələrlə mükafat almış fotoqraf Dominqos Piyşoto Braziliyadakı dəhşətli mənzərəni lentə alıb. Vətəndaşların leşlərə hücum etməsindən kədrlənən fotoqraf  gördüyü mənzərədən sonra günlərlə yata bilmədiyini deyib.

Sözügedən fotoların yayımlanmasından sonra minlərlə etirazçı Rio küçələrində yürüş keçirərək prezident Jair Bolsonarunu mövcud vəziyyətdə ittiham edib.Qeyd edək ki, pandemiyadan sonra yaranmış vəziyyət Braziliyada 19 milyon insanı aclıqla üz-üzə qoyub.ölkə.az

  •  (0)
  •  (0)