Pandemiyadan sonra kəndə qayıdış sürətlənəcək?-“Aşağı faizli kreditlər verilməlidir”-Ekpertbackend

Pandemiyadan sonra kəndə qayıdış sürətlənəcək?-“Aşağı faizli kreditlər verilməlidir”-Ekpert

Pandemiyadan sonra kəndə qayıdış sürətlənəcək?-“Aşağı faizli kreditlər verilməlidir”

Xəbər verildiyi kimi Azərbaycanda koronavirusa yoluxmanın rayonlar üzrə statistikası məlum olub.

İnfeksiya daşıyıcıları ən çox şəhərlərdə yer alıb.

Maraqlıdır pandemiyadan sonra aqrar sektor çiçəklənə və kəndə qayıdış sürətlənə bilərmi?

Hokm.az xəbər verir ki, mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bunun aqrar sektora marağın artırılması üçün ciddi təşviq proqramlarına ehtiyac var: “Bunu ancaq pandemiyadan sonrakı dönəmdə insanların davranış qaydalarının dəyişməsinə bağlamaq düzgün deyil. Yəni kəndə qayıdan adamın da işi-gücü olmalıdır. Düzdür, hökumət son illər müəyyən addımlar atıb, amma bu, yetərli deyil. Rayonlarda aqrar sektorda məşğul olan fermerlərin ən böyük problemi uzunmüddətli və çox aşağı faizli kreditlərə çıxış imkanlarının məhdud olması, açıq desək isə ümumiyyətlə olmamasıdır. Aqrar sektor elə bir sahədir ki, bir çox istiqamətlər üzrə illərlə heç bir qazanc götürmədən fəaliyyət göstərmək lazımdır.

Bir neçə ildən sonra rentabelliyə çıxasan və yaratdığın fəaliyyət sənə qazanc gətirsin. Məsələn, elə sahələr var ki, onlara 5-7 il zaman lazımdır. Çayçılıqla məşğul olmaq istəyən üçün onun bəhrəsini görmək üçün ən azı 5 il zaman keçir. Yaxud şərabçılıqla məşğul olmaq istəyən üzüm yetişdirmək üçün 5-6 il zaman sərf etməlidir. O cümlədən maldarlıqla da bağlı rentabelliyə çıxmaq ən azı 2-3 il zaman alır. Burada isə uzunmüddətli və aşağı faizli kreditlər olmasa, bu işlə məşğul olmağın mənası yoxdur. İnsan 10-15 faizlə kredit görürüb, heç bir qazanc götürmədən onu 5-6 il ödəyə bilməz. Bu baxımdan ciddi təşviq və dəstək proqramlarına ehtiyac var. Dünyanın bütün ölkələri aqrar sahəni inkişaf etdirmək üçün ilkin olaraq bu yolla gediblər. Ona görə də rayona qayıdış və aqrar sektora dönüş tək pandemiya qorxusundan olmamalıdır. Hətta mümkün də deyil”.

  •  (0)
  •  (0)