Pandemiyada milyarderlərin varidatı iki dəfə artıbbackend

Pandemiyada milyarderlərin varidatı iki dəfə artıb

Dünyanın ən zəngin 10 adamının ümumi sərvəti COVİD-19 pandemiyası zamanı iki dəfə artıb.

Hokm.az xəbər verir ki, bu barədə “Oksfam” (Oxfam) yoxsulluqla mübarizə təşkilatı məlumat yayıb.

“Oksfam”ın “Bərabərsizlik öldürür” adlı hesabatı eyni zamanda yoxsulluq həddində yaşayan insanların sayının artdığını göstərib.

Hesabatda dünyanın ən zəngin 10 adı bunlardır: İlon Mask, Ceff Bezos, Bernard Arnault, Bill Qeyts, Larri Ellison, Larri Peyc, Sergey Brin, Mark Zukerberq, Stiv Ballmer və Uorren Baffetin ümumi sərvəti pandemiya dövründə iki dəfə artaraq, 1,5 trilyon dolları keçib.Redaktor.az

  •  (0)
  •  (0)